#Dünya

“Xiaomi” elektromobilinin qiyməti məlum oldu

Apr 08, 15:19 / Mənbə: News.milli.az

"Xiaomi" elektromobili orta və yüksək sinif istehlakçılar üçün nəzərdə tutulacaq.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə "GizmoChina" nəşri məlumat yayıb.

Belə ki, aprelin 6-da şirkət rəhbəri Ley Tszyun "Xiaomi" həvəskarları ilə canlı efir keçirərək gələcək elektromobil layihəsi ilə bağlı bir sıra təffərrüatları açıqlayıb. Korporasiya rəhbərinin sözlərinə görə, avtomobilin bir sıra xüsusiyyətləri və qiyməti səsvermə əsasında Çin istehlakçılarının istəyi nəzərə alınaraq seçilib. O bildirib ki, şirkətin ilk seriyalı elektromobili orta və yüksək sinif üçün nəzərdə tutulacaq. Avtomobilin qiyməti 100-300 min yuan diapazonu arasında dəyişəcək.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.