#Dünya

18 min dollarlıq iftar süfrəsi - VİDEO

Apr 08, 14:24 / Mənbə: News.milli.az

Dubay səmasında 18 min dollara iftar xidməti veriləcək.

Milli.Az sfera.az-a istinadən bildirir ki, BƏƏ-də yerləşən özəl aviasiya şirkəti "Jetex" müştərilərinə Ramazan ayında səmada iftar xidməti təqdim edəcək.

Aviasiya şirkəti iki nəfərlik iftar menyusunun qiymətinin 18 min dollar dəyərində olduğunu açıqlayıb.

Səmada iftar xidməti ilə əlaqədar açıqlama verən "Jetex" müştərilərin VIP terminalında lüks avtomobillə qarşılanacaqlarını və təyyarəyə doğru aparılacaqlarını bildirib.

Şirkət bu günədək 15 nəfərin iftar xidmətini sifariş etdiyini bildirərək Ramazan ayında əldə ediləcək gəlirlərin BƏƏ-də yerləşən qlobal xeyriyyəçilik təşkilatı "Dubai Cares"ə bağışlanacağını qeyd edib.

Milli.Az

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.