#Dünya

Zelenski Donbasa getdi

Apr 08, 12:56 / Mənbə: News.milli.az

Ukrayna Prezidenti Vladimir Zelenski Donbasa gedib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda, Zelenski cəbhə bölgəsində mövqeləri ziyarət edəcək. O, düşmən atəşi nəticəsində Ukrayna hərbçilərinin öldürüldüyü və yaralandığı ön mövqelərə baş çəkəcək.

Xatırladaq ki, son günlər Ukraynanın şərqində vəziyyət gərginləşib. Ukrayna Müdafiə Nazirliyi separatçıların atəşkəsi pozması nəticəsində iki ukraynalı hərbçinin həlak olduğunu açıqlayıb.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.