#Dünya

Təlimlə həqiqi soyğunu səhv saldı, həmkarını güllələdi – ANBAAN VİDEO

Apr 08, 05:32 / Mənbə: Oxu.az

Mühafizəçi bankın yaxınlığında öz həmkarını güllələyib.

“Life Shot” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın Nijni Novqorod vilayətində baş verib.

Bildirilir ki, qiymətli əşyaları daşımaqla məşğul olan “Brinks” şirkətinin əməkdaşları soyğunu dəf etmək üçün təlim keçiblər.

Təlimə əsasən, naməlum şəxs bağlamaları ofisə aparan silahsız işçilərə hücum etməli idi. Hücumçu rolu 23 yaşlı Oleq Korobkova həvalə olunub. O, inkassator çantasını almağa çalışmalı, əlində silah olan mühafizəçi isə özünü və həmkarlarını qorumalı idi.

Ancaq mühafizəçi səhvən tətiyi çəkib. Bu vaxt xidməti silah həqiqi güllələrlə dolu olub.

Ürəyinin yaxınlığından yaralanan Korobkov təcili yardım gəlməmiş ölüb.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb, cinayət işi açılıb.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.