#Idman

Amsterdamda keçiriləcək Avropa çempionatı oyunlarına buraxılacaq təxmini azarkeş sayı açıqlandı

Apr 08, 03:32 / Mənbə: Oxu.az

Niderland Futbol Federasiyası, ölkənin Nazirlər Kabineti və Amsterdam Bələdiyyəsi şəhərdə keçiriləcək AVRO-2020 oyunlarında iştirak edəcək tamaşaçı sayı barədə razılığa gəlib.

KNVB-nin məlumatına görə, “Yohan Kroyf” arenasında baş tutacaq matçlarda 12 min azarkeşin iştirakına izacə veriləcək.

Bununla yanaşı, yerli futbol federasiyasından verilən açıqlamaya görə, əgər qarşılaşmaların keçiriləcəyi vaxt koronavirusla bağlı vəziyyət indikindən daha pis olarasa, arenadakı izləyici sayı azaldıla bilər.

Qeyd edək ki, Niderlandda keçiriləcək AVRO-2020 matçları iyun ayında baş tutacaq.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.