#Dünya

ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

Jan 25, 17:54 / Mənbə: Oxu.az

ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Səbəb Rusiyadakı icazəsiz aksiyalarla bağlı səfirlik tərəfindən dərc olunan məlumat olub.

“İzvestiya”nın məlumatına görə, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O, səfirliyin qanunsuz hərəkətlərə verdiyi dəstəyin qəbuledilməz olduğunu bildirib, həmçinin Vaşinqtonu iğtişaşlara təşviq və təhrikdə günahlandırıb.

Məlumata görə, ABŞ diplomatik nümayəndəliyinin hərəkətləri Rusiya Federasiyasının işlərinə birbaşa müdaxilə adlandırılıb.

Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi yanvarın 6-da Vaşinqtonda təşkil olunan etiraz aksiyalarına ABŞ səfirinin heç bir reaksiya göstərmədiyini xatırladıb.

ABŞ diplomatik nümayəndəliyi qəbul edilmiş normalara riayət etməyə və öz ölkəsinin işləri ilə məşğul olmağa çağrılıb.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.