#Azərbaycanca

“Telegram”ın yaradıcısı Dubayın ən varlı sakinidir

Apr 08, 01:59 / Mənbə: News.day.az

"VKontakte" sosial şəbəkəsi və "Telegram" messencerinin yaradıcısı Pavel Durov Dubayın ən varlı sakinidir.

"Forbes" jurnalının hesablamalarına əsasən, dünya milyarderləri sıralamasında 109-cu yerdə qərarlaşan iş adamının sərvəti 17.2 milyard dollara bərabərdir.

Xatırladaq ki, cəmi bir il öncə P.Durovun sərvəti 4.8 milyard dollar səviyyəsində qiymətləndirilirdi.

Qeyd edək ki, hazırda dünyanın ən varlı şəxslərinin reytinqinə "Amazon" şirkətinin sahibi, 189 milyard dollar sərvətə sahib olan Ceff Bezos başçılıq edir.

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.