#Mobil-cihazlar

LG şirkəti son smartfon təqdimatı ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib |

Apr 08, 15:23 / Mənbə: Technote.az

    Bir neçə gün bundan öncə LG şirkəti öz mobil biznesini bağladığını rəsmi şəkildə elan etmişdi. Lakin internetdə məlumat ortaya çıxmışdı ki, şirkət buna baxmayaraq son smartfon modelini təqdim edəcək. İndi isə LG ortaya çıxmış bu məlumatlara aydınlıq gətirib. Bununla yanaşı o, CES 2021 sərgisi çərçivəsində prototip şəklində təqdim etmiş olduğu uzana bilən smartfon modelinin aqibəti barəsində də məlumat verib. Bu barədə Android Authority saytı xəbər verib. Beləliklə LG rəsmi şəkildə bildirib ki, o, bundan sonra heç bir yeni smartfon modelini təqdim etməyi planlaşdırmır.

Bənzər xəbər

Xiaomi fərdi elektromobil istehsalı haqqında yayılmış məlumatlara aydınlıq gətirib

    Şirkət təmsilçisi bir neçə gün bundan öncə LG V70 adlı smartfonun ortaya çıxmış fotosunun həqiqət olub-olmadığını qeyd etməyib. Belə ki, məlumat ortaya çıxmışdı ki, şirkətin mobil biznesinin bağlanmasına baxmayaraq o, LG V70 adlı son flaqman smartfonu təqdim edəcək. Beləliklə LG-dən yeni smartfonun təqdimatnı gözləmək lazım deyil. Bura həmçinin uzana bilən smartfon da daxildir. Artıq satılmış smartfonlara gəldikdə isə şirkət onların dəstəklərini dayandırmağı planlaşdırmır. Belə ki, həmin smartfonların Android 11 və hətta Android 12 əməliyyat sistemlərini əldə edəcəkləri gözlənilir. Lakin bunun nə zaman baş verəcəyi və hansı smartfonlarda reallaşdırılacağı bilinmir.

Xəbərin mənbəsi: Technote.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.