#Mədəniyyət

Van Qoqun əsərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı - FOTO/VİDEO

Apr 08, 01:32 / Mənbə: Oxu.az

Niderland polisi pandemiya məhdudiyyətləri çərçivəsində bağlı olan muzeydən iki məşhur əsəri oğurlamaqda şübhəli bilinən 58 yaşlı kişini saxlayıb.

Bu barədə “Haber Global” xəbər verib.

Bildirilir ki, şübhəli şəxs Barn şəhərində saxlanılıb.

Qeyd edək ki, Vinsent Van Qoqun “Bahar bağı” və Frans Halsın dəyəri 15 milyon dollar (25,5 milyon manat) hesablanan “İki gülən oğlan” əsəri ötən il oğurlanmışdı.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.