Türkiyədə Azərbaycanın Vətən müharibəsi şəhidinin adına orta məktəb açılacaq
Apr 08, 01:20 / Mənbə: Yeniavaz.com
Türkiyənin Balıkesir şəhərində ikinci Qarabağ müharibəsində şəhid olmuş Məmmədağa Səfərovun adı yeni açılacaq orta məktəblərdən birinə verilərək əbədiləşdiriləcək.
Bunu Balıkesir valisi Hasan Şıldak Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşündə bildirib.
Qeyd edək ki, Məmmədağa Səfərov Balıkesir Universitetinin Mühəndislik fakültəsində oxuyarkən təhsilini yarımçıq qoyaraq, cəbhəyə yollanıb. O, ötən il oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub.//report
Xəbərin mənbəsi: Yeniavaz.com