#əməliyyat-sistemləri

Xiaomi şirkəti MIUI 12.5-i ilk əldə edəcək smartfonların siyahısını təqdim edib |

Apr 08, 15:11 / Mənbə: Technote.az

    Xiaomi şirkəti özünün yeni MIUI 12.5 istifadəçi interfeysinin istifadəyə verilmə planları barəsində məlumat verib. Şirkət əsasən yeni istifadəçi interfeysini əldə edəcək smartfonların siyahısını təqdim edib və həmin smartfonların MIUI 12.5-i nə zaman əldə edəcəklərini söyləyib. Xiaomi bildirib ki, bu ay yeni istifadəçi interfeysi əsasən Çin bazarındakı cihazlar üçün istifadəyə veriləcək.

    Görünür, MIUI 12.5-in qlobal versiyası may ayında istifadəçilərə təqdim ediləcək. Adətən Çin üçün nəzərdə tutulmuş versiya ilə qlobal versiya arasındakı müddət aralığı bir neçə həftə təşkil edir. Şirkət MIUI 12.5-in istifadəyə verilməsini iki mərhələdə reallaşdıracaq. Yeni istifadəçi interfeysini ilk əldə edəcək smartfonlar aşağıdakı kimidir:

Bənzər xəbər

Xiaomi MIUI interfeysinə göz sağlamlığını qoruma sertifikatı verildi

- Birinci mərhələ: Mi 9 SE, Mi 10, Mi 10 Pro, Mi 10 Ultra, Mi 11

- İkinci mərhələ: Mi 10 Youth Edition, Mi 10S, Mi 11 Pro, Mi 11 Ultra, Mi CC9 Pro, Redmi 10X, Redmi 10X Pro, Redmi K30 5G, Redmi K30 Pro, Redmi K30i, Redmi K30S, Redmi K40, Redmi K40 Pro, Redmi Note 9 Pro.

    Birinci mərhələyə daxil olan smartfonlar MIUI 12.5-i 30 aprel tarixində əldə edəcəklər. İkinci mərhələyə daxil olan smartfonlar üçün MIUI 12.5-in istifadəyə verilmə tarixi isə daha sonra elan ediləcək.

Xəbərin mənbəsi: Technote.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.