#Maraqlı

3D printerdə çap olunan qəsəbə - FOTO

Apr 07, 19:45 / Mənbə: News.milli.az

ABŞ-ın Kaliforniya ştatında Rancho Mirage şəhərciyində inşa olunan 15 yaşayış binasından ibarət qəsəbənin evləri 3D printerdə çap olunmuş panellərdən yığılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, enerjidən asılı olmayan və ekoloji cəhətdən təmiz evlər texnika və mebellə satılacaq. Yeni məhəllə sakinlərinin ehtiyaclarını elektrik enerjisi ilə tam təmin etmək üçün hər bir kottecin damında günəş panelləri quraşdırılacaq.

Məlum olduğu kimi, 3D printerdə çap olunmuş evlərin tikintisi ilə tullantıların istehsalı 99 faiz azalır, eyni zamanda, tikinti materiallarına qənaət edilir.

Sahəsi təqribən 134 kvadratmetr olacaq hər evin həyətində hovuz və istirahət sahəsi nəzərdə tutulub.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.