#Maraqlı

"Instagram"a yeni "Remix" funksiyası gəlib

Apr 06, 23:20 / Mənbə: News.milli.az

Instagram Reels videoları üçün yeni bir xüsusiyyəti təqdim edib. "Remix" adlanan bu xüsusiyyət, iki videonu yan-yana yerləşdirilməsinə imkan verir.

Milli.Az techland.az-a istinadən bildirir ki, bir müddət əvvəl TikTok kimi "Reels" xüsusiyyətini istifadəçilərin xidmətinə təqdim edən Instagram inkişaf etdiriciləri xüsusiyyəti bu gün bir az daha inkişaf etdirdiklərini açıqlayıblar. Instagram tərəfindən edilən şərhlərə görə, istifadəçilər artıq "Reels"ə əlavə olunan "Remix" adlı bir xüsusiyyətdən faydalana biləcəklər.

İstifadəçilər bundan sonra iki "Reels" videosunu yan-yana gətirərək paylaşa biləcəklər. Tətbiqi yeniləməklə istifadəçilər son yenilikdən istifadə edə biləcəklər.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.