#Maraqlı

Boşanan gözəlin tacını ƏLİNDƏN ALDILAR

Apr 06, 23:33 / Mənbə: News.milli.az

"Miss Universe Sri-Lanka 2021" gözəllik müsabiqəsi dava ilə başa çatıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, buna səbəb qalib gələn xanımın boşanması olub.

Belə ki, Puşpica De Silvanın həyat yoldaşından boşanması ilə bağlı xəbər hakimlərdən birini qəzəbləndirib. Qaydalara görə, bu adı boşanan qadın qazana bilməz.

Münsiflər heyətinin üzvü mükafatlandırma mərasimini yarımçıq qoyaraq tacı De Silvanın başından çıxarıb. Sonra səhnədə mübahisə yaranıb.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.