#Dünya

İspaniyada COVID-19 peyvəndi qalmaqalı: Baş Qərargah rəisi istefa verdi

Jan 25, 13:24 / Mənbə: Oxu.az

İspaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Migel Anhel Villaroya COVID-19 protokoluna zidd şəkildə vaxtından əvvəl peyvənd vurdurduğu üçün yaranmış təzyiqlərdən sonra istefa verib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Baş Qərargah rəisi Migel Anhel Villaroya istefa ərizəsini Müdafiə naziri Marqarita Roblesə təqdim edib və ərizə qəbul edilib.

İstefa ərizəsində M.Villaroya 45 illik hərbi fəaliyyəti dövründə hər zaman İspaniyaya dürüst şəkildə xidmət etdiyini vurğulayıb.

Xəbərin mənbəsi: Oxu.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.