Ermənistanda koronavirusdan ölənlərin sayı 3047 nəfərə çatıb
Jan 25, 13:21 / Mənbə: News.milli.az
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 58 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 166 094, ölənlərin sayı isə 3047 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 154 932 nəfərin sağaldığı bildirilir.
Xəbərin mənbəsi: News.milli.az