#Maraqlı

Qadın gördüyü kabusdan sonra divarın arxasında gizli qapı aşkarladı - VİDEO

Apr 07, 11:29 / Mənbə: News.milli.az

Qorxulu yuxudan sonra ayılan qadın divarın arxasında  gizli qapı aşkarlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "@hippieloumom" ləqəbli "TikTok" istifadəçisi kadrlar paylaşıb.

Görüntülər az müddət ərzində miloyonlarla baxış toplayıb.

"Tik-Tok" bloqeri Mirandanın sözlərinə görə, anası ona içərisində meyitlər olan gizli otaq barədə kabus gördüyünü danışıb.

"O, yuxuda görüb ki, bu divarın arxasında meyitlər var və lənət şeytana o, gizli otağı  tapıb", - deyə qız şərh verib.

Videoda qadının divarı dağıtdığı və orada gizli qapını aşkarladığı görünür.

İstifadəçilər bu mənzərədən şoka düşüblər.

"Düşünmürəm ki, bu qapını ümumiyyətlə açmağa dəyər", "Aman Allahım, Narniyaya girişə oxşayır", "Bunu etməyin, qapı boş yerə bağlanmayıb", - deyə istifadəçilər məsləhət veriblər.

Növbəti videoda Miranda qapının arxasında daha bir divar olduğunu bildirib.

Milli.Az

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.