"Facebook" istifadəçilərin məlumatlarının oğurlanması səbəbini açıqladı
Apr 07, 09:05 / Mənbə: News.milli.az
"Facebook" sosial şəbəkəsi bu yaxınlarda 530 milyondan çox istifadəçinin məlumat sızmasının səbəbinin sistemlərinə haker hücumunun olmadığını açıqlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, cinayətkarlar istifadəçilərin məlumatlarını veb mənbələrindən çıxarmaqla əldə ediblər:
"Cinayətkarların məlumatları sistemlərimizə hücum etməklə deyil, platformamızdan məlumat çıxarmaqla əldə etdiklərini anlamaq vacibdir".
Məlumat sızmasına səbəb olan sistem zəifliyinin aradan qaldırıldığını qeyd edilib.
Xəbərin mənbəsi: News.milli.az