#Dünya

Tehran Vaşinqtonun nüvə anlaşmasını yerinə yetirməsini gözləyir

Jan 25, 13:26 / Mənbə: Qafqazinfo.az

“İran ABŞ Prezidenti Co Bayden administrasiyasından nüvə razılaşması ilə əlaqədar hələ ki, bir irəliləyiş görməyib”.

“Qafqazinfo” xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bu gün keçirilən brifinqdə deyib.

“Bu vaxta qədər Birgə Hərtərəfli Fəaliyyət Planında yeni bir şey baş verməyib. Bizim mövqeyimiz eynidir - sanksiyalar ləğv edilməli və ABŞ da digər tərəflər kimi nüvə razılaşmasını lazımi şəkildə həyata keçirməlidir”, - deyə Xətibzadə bildirib.

Onun sözlərinə görə, İranın nüvə öhdəliklərindən imtina etməsi üçün etdiyi bütün hərəkətlər geri çəkilə bilər, lakin Tehran anlaşma tərəflərinin razılaşmanı və nüvə anlaşmasını təsdiqləyən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini yerinə yetirməsini gözləyir.

Qeyd edək ki, bundan əvvəl Ağ Ev Prezident Co Baydenin müttəfiqləri ilə İranla danışıqlar planlarını müzakirə etməyi planlaşdırdığını bildirmişdi.

2015-ci ildə böyük altılıq (İngiltərə, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa) və İran Birgə Hərtərəfli Fəaliyyət Planına nail olduqlarını elan etmişdilər.

Razılaşma İranın nüvə proqramının məhdudlaşdırılması qarşılığında sanksiyaların ləğv edilməsini nəzərdə tuturdu. Müqavilə nəzərdə tutulduğu müddətdə davam etməmiş və cəmi iki il sonra 2018-ci ilin mayında ABŞ müqavilədən birtərəfli çıxaraq Tehrana qarşı sərt sanksiyaların bərpa olunduğunu elan etmişdi.

Xəbərin mənbəsi: Qafqazinfo.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.