Əfqanıstanda İtaliya səfirliyinin avtomobili partladıldı
Jan 25, 13:22 / Mənbə: News.milli.az
Əfqanıstanın paytaxtı Kabildə İtaliya səfirliyinə məxsus zirehli avtomobil partladılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 1 nəfər yaralanıb.
Qeyd olunur ki, həmin avtomobil səfirliyin əməkdaşlarını daşımaq üçün istifadə olunur.
Partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.
Xəbərin mənbəsi: News.milli.az