#Dünya

Moskvada son 140 ilin rekord temperaturu qeydə alınıb

Jan 25, 12:37 / Mənbə: Qafqazinfo.az

Rusiyanın paytaxtı Moskvada bu gün son 140 ildə həyata keçirilən meteoroloji müşahidələrin bütün dövrü üçün ən yüksək temperatur qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moskva Meteoroloji Bürosunun baş mütəxəssisi Tatyana Pozdnyakova “RİA Novosti”yə bildirib. 

“Bu, həqiqətən, bütün müşahidə dövrü üzrə 25 yanvar tarixi üçün ən yüksək temperaturdur. Səhər saat 4-də temperatur müsbət 3.8 dərəcə idi, daha sonra temperatur bir az düşməyə başladı. Ancaq həqiqətən də bu gün yeni bir rekorda imza atıldı. Bu, bir həqiqətdir”, - deyə Pozdnyakova qeyd edib.

Xəbərin mənbəsi: Qafqazinfo.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.