#Dünya

Gürcüstanda daha 16 nəfər koronavirusdan öldü

Jan 25, 12:53 / Mənbə: News.milli.az

Gürcüstanda ötən sutkada koronavirusa 298 yeni yoluxma halı qeydə alınıb, 1 311 nəfər müalicə olunaraq sağalıb, 16 pasiyent isə vəfat edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qonşu ölkədə pandemiya başlayandan indiyədək COVID-19-a 253 816 nəfərin yoluxduğu müəyyən edilib. Onların 243 396-sı sağalıb, 3 071-i isə ölüb.

Aktiv koronavirus xəstələrinin sayı 7 323 nəfərdir.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.