#Dünya

Niderlandda etiraz aksiyalarında 180 nəfər saxlanıldı — Fotolar

Jan 25, 12:25 / Mənbə: Qafqazinfo.az

Niderlandın iki böyük şəhərində koronavirus səbəbi ilə tətbiq edilən komendant rejiminə qarşı etiraz aksiyaları keçirilib. “Qafqazinfo” xəbər verir ki, insanlar paytaxt Amsterdam və Eyndhovendə toplaşıblar.

Nümayişçilər əvvəlcə Amsterdam Muzeylər Meydanına getmək istəsələr də, buna icazə verilməyib. Polis etirazçılara nümayişin icazəsiz olduğunu xəbərdar etdikdən sonra təzyiqli su ilə müdaxilə edib, 150 nəfər saxlanılıb.

Amsterdam Bələdiyyəsi tvitterdə açıqlama yayaraq insanların icazəsiz aksiyada etiraz hüquqlarından sui-istifadə etdiklərini bildirib. 

Eyndhovendə isə vətəndaşlara atlı və zirehli polislər, xüsusi xidməti itlər, gözyaşardıcı qazla müdaxilə olunub. Nümayişçilər polisə fişəng və qolf topları ilə cavab verib. Bəzi nümayişçilərin yaralandığı aksiyada 30-dan çox adamın saxlanıldığı vurğulanıb. Nümayişçilərin relslərdə gəzməsi səbəbindən qatarların fəaliyyəti dayandırılıb. Bundan əlavə, stansiyalar, mağazalar talan edilib.

Xəbərin mənbəsi: Qafqazinfo.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.