Çində qaz borusu partladı: ölənlər var
Jan 25, 11:36 / Mənbə: News.milli.az
Çinin şimal-şərqindəki Dalyan şəhərində qaz borusu partlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 nəfər həlak olub, daha 8 nəfər yaralanıb.
Yaşayış bölgəsində baş vermiş partlayış nəticəsində bir sıra nəqliyyat vasitəsi də yanıb. Yanğın söndürülən zaman yanan avtomobillərdən biri partlayıb.
Xəbərin mənbəsi: News.milli.az