#Idman

Aquero ÇL-in qalan oyunlarını buraxacaq

Aug 11, 18:09 / Mənbə: Qol.az

“Mançester Siti”nin  futbolçusu Serxio Aquero yeni mövsüm başlayana qədər yaşıl meydanlara qayıtmayacaq.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu qısa müddətdə bərpa olunmayacağı söyləyib. Bu isə deməkdir ki, argentinalı oyunçu Çempionlar Liqasının qalan matçlarında komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Aquero iyunda  dizindən əməliyyat olub. O, ötən ayın sonlarında idman zalında məşqlərə başlayıb. 

Xatırladaq ki, “Mançester Siti” avqustun 15-də Çempionlar Liqasının 1/4 finalında “Lion”la qarşılaşacaq. Matç Lissabonda keçiriləcək.

Xəbərin mənbəsi: Qol.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.