#ümumi

Qanunvericiliyə domen adlarının tənzimlənməsinə dair müddəalar əlavə edildi

Aug 11, 18:09 / Mənbə: Banco.az

Prezident İlham Əliyev "Telekommunikasiya haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Dyişiklik layihəsinə əsasən, qanuna iki yeni maddə təklif olunub.

1.0.20 maddəsinə əsasən, domen adlarının milli inzibatçısı- “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxsdir.

7.10-1 maddəsinə əsasən, “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarını qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adının milli inzibatçısı tərəfindən müəyyən ediləcək.

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.