#Gündəm

Dollar/TL məzənnəsi açıqlandı - Lirə bahalaşdı

Aug 11, 18:08 / Mənbə: Banco.az

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə yenə də rekorda yaxın səviyyədə başlayıb.

Dünən qısa müddətlik 7.25 səviyyəsinə geriləyən kurs bu səviyyədə stabilliyini saxlaya bilməmiş və yenidən yüksəlişə keçmişdi. Bu yüksəlişdə faiz endiriminə dair proqnozların təsiri var idi.

Dollar/TL məzənnəsi yeni günə 7.31 səviyyələrində başlayıb. 

Xatırladaq ki, dolların aparıcı valyutalar qarşısındakı dəyərini göstərən dollar indeksi ötən cümə günü təqribən 2.5 ilin ən aşağı səviyyəsinə geriləmişdi. Bu həftə isə ABŞ iqtisadiyyatına dair daha müsbət proqnozlar gündəmə gəlib. Bu da, öz növbəsində dolların dəyər qazanmasına səbəb olur.

Türkiyə Respublikası Mərkəzi Bankının likvidlik imkanlarının azaldılması istiqamətində addımlar atmasının ardınca geriləyən Dollar/TL məzənnəsi Bakı vaxtı ilə 13:55-də 7.2440 səviyyəsində icra edilib.

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.