#Idman

"Səbail"dən ayrılan futbolçu Rumıniya klubunda

Aug 11, 18:05 / Mənbə: Qol.az

"Səbail"dən ayrılan Eriko da Silva karyerasını Rumıniyada davam etdirəcək.

Qol.az "Digisport" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi sözügedən ölkənin UTA klubu ilə müqavilə imzalayıb.

O, Arad təmsilçisinə keçdiyi üçün çox xoşbəxt olduğunu bildirib: Ümid edirəm ki, komadanaya kömək edə biləcəyəm. İstədiyimiz səviyyəyə çatacağımızı düşünürəm. Mənə buraya gəlmək fürsəti verdikləri üçün təşəkkür edirəm".

Qeyd edək ki, Eriko da Silva 2019-cu ilin yayından "Səbail"də çıxış edirdi.  Braziliyalı oyunçu bir neçə gün Bakı təmsilçisindən ayrılmışdı.

Əlavə edək ki, UTA yeni mövsümdən etibarən Rumıniyanın əsas liqasında çıxış edəcək.

Xəbərin mənbəsi: Qol.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.