#Idman

"Azərsun Arena"da qapalı oyun

Aug 11, 17:59 / Mənbə: Qol.az

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirəcək.

Qol.az xəbər verir ki, Ağdam klubu “Azersun Arena”da "Sabah"la qarşılaşacaq. Matç saat 20:00-da start götürəcək.

Bu komandalar arasında iyulun 25-də Qəbələdə keçirilən görüşdə “Sabah” 2:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, “Sabah” toplanış çərçivəsində həmçinin “Sumqayıt”a (1:0), "Qarabağ"a (2:1), “Neftçi”yə (5:2), “Qəbələ” (2:0) qalib gəlib. “Qarabağ” isə iki dəfə “Keşlə”ni (3:1, 4:0), bir dəfə də “Neftçi”ni (1:0) məğlub edib.Xatırladaq ki, yeni mövsümə hazırlaşan klublarımızın yoxlama oyunları  koronavirus səbəbindən qapalı keçiriləcək. Sınaq matçlarında iki komandadan başqa digər şəxslər iştirak etməyəcək.

11 avqust 20:00. “Qarabağ” – “Sabah”“Azersun Arena”    

Xəbərin mənbəsi: Qol.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.