#Bank

PAŞA Bank MasterCard əməkhaqqı kart sahibləri üçün MEGOGO-dan 1 aylıq pulsuz abunəlik!

Aug 11, 17:57 / Mənbə: Banco.az

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, əməkhaqqı kart sahiblərinə təqdim olunan imkanları genişləndirməyə davam edir.Belə ki, Belə ki, PAŞA Bank tərəfindən buraxılan MasterCard əməkhaqqı kartlarının bütün sahibləri üçün mövcud olan geniş bonuslar və üstünlüklərə biri daha əlavə olundu. İlin sonunadək keçirilən kampaniya çərçivəsində PAŞA Bankın MasterCard əməkhaqqı kartlarının sahibləri məşhur MEGOGO interaktiv TV portalından bir ay ərzində ödənişsiz istifadə etmək fürsətini əldə edirlər.

30 günlük pulsuz girişi aktivləşdirmək üçün müvafiq promo-kodu əldə etmək kifayətdir. Bunun üçün “MEGOGO” sözü SMS vasitəsilə 9123 qısa nömrəsinə göndərilməlidir. Kampaniyada aktiv mobil nömrəsi Bank sistemində qeyd olunan bütün PAŞA Bank MasterCard əməkhaqqı kart sahibləri iştirak edirlər. Bir müştəri bu imkandan bir dəfə istifadə edə bilər. Promo-kodların sayı məhduddur.

MEGOGO interaktiv TV xidmətinin kataloquna 5000-dən çox bədii film və serial daxildir. Portal haqqında ətraflı məlumat: https://megogo.net/

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları customer.care@pashabank.az ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.