#Bank

PAŞA Bank sahibkarlara dövlət dəstəyi proqramı çərçivəsində sürətli krediti tam onlayn şəkildə verən ilk bank oldu

Aug 11, 18:00 / Mənbə: Banco.az

Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank, pandemiya nəticələrindən təsirlənən müəssisələrə Dövlət Proqramı çərçivəsində sürətli onlayn kredit verən ilk maliyyə qurumu oldu. Kreditin alınmasında, ilkin ərizə və sənədlərin təqdim edilməsindən başlayaraq vəsaitlərin verilməsinə qədər olan bütün proses müştərinin Bankın filiallarına gəlməsinə ehtiyac olmadan məsafədən, tamamilə onlayn rejimdə həyata keçirilir. Kreditlə bağlı qərar 2 iş günü ərzində verilir.

Qeyd edək ki, PAŞA Bank Sahibkarlığın İnkişafı Fondu ilə birgə bizneslərə Dövlət dəstək proqramının icrasına iyul ayında başlayıb. Dövlət proqramının icrası müddətinə biznes kreditləri sahibkarlara daha aşağı faizlə təklif olunacaq. Belə ki, 36 ayadək verilən biznes kreditlərinin faizləri 16.5%-dən 7.5%-ə endirilib.

Sahibkarlar subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə iki növ kredit üçün müraciət edə bilərlər: sürətli və ənənəvi növ. Borcalanın kredit ödəmə imkanlarını qiymətləndirmək üçün yenilənmiş və avtomatlaşdırılmış proses sayəsində PAŞA Bank bazarda ilk bank olaraq bu platformada 200 min manata qədər sürətli kredit verilməsini təklif edir. Bundan əlavə, kreditin ayırılması haqqında qərar hesabın açılması və əlavə sənədin təqdim olunması tələb edilmədən verilir. Kreditin alınması üçün girov tələb olunmur.

Bu, pandemiya səbəbilə biznesdə yaranmış durğunluğu aradan qaldırmaq və biznesi daha da inkişaf etdirmək üçün əla fürsətdir!

Müraciət etmək üçün keçid: https://www.pashabank.az/sme_banking/az/online_business_loan_order

*Kreditin verilməsi prosesində “Öz Müştərini Tanı” prinsiplərinə riayət edilir.

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.