#Idman

Millimizin baş məşqçisi nikaraqualı gimnastı sevindirəcək hədiyyə edib

Aug 02, 00:20 / Mənbə: Kaspi.az

Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi, Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü Mariana Vasileva yeniyetmə nikaraqualı gimnastı sevindirəcək bir hədiyyə edib.

Sofiya Estrada adlı gimnastın plastik şüşə və borulardan hazırlanmış alətlə məşq videosunu izlədikdən sonra M.Vasileva ona gerçək gimnastika alətləri hədiyyə etmək qərarına gəlib. Nikaraqualı gimnast qısa müddətdə çoxdan gözlədiyi və böyük həvəslə istifadə edəcəyi alətlərinə qovuşub.

Bununla bağlı Nikaraqua Olimpiya Komitəsinin internet səhifəsində "Bir arzunun ardınca.. Gimnastımız Azərbaycandan hədiyyə aldı" adlı məqalə dərc olunub. Məqalə ilə aşağıdakı linkə daxil olaraq tanış olmaq mümkündür:

http://con.org.ni/index.php/12-noticias/3300-gimnasta-recibe-donacion-de-azerbayan

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.