#Idman

Ronaldo "Qızıl buts" qazanmaq şansını itirdi

Aug 02, 00:19 / Mənbə: Qol.az

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo bu gün A seriasının son- 38-ci turunda "Roma" ilə matçın iştirak ərizəsinə daxil edilməyib.

Qol.az xəbər verir ki, portuqaliyalı ulduz bununla da "Qızıl buts" qazanmaq şansını itirib. Belə ki, 35 yaşlı hücumçunun aktivində 31 qol var. Hazırda turnirin bombardiri olan "Latsio"nun oyunçusu Siro İmmobilin bu mövsüm 35, "Bavariya"nın hücumçusu Robert Levandovskinin isə 34 qol vurub. Buna görə də Ronaldo matçda iştirak etməməklə qol sayını artırmaq və "Qızıl buts" qazanmağa namizəd olmaq şansını itirib.

Qeyd edək ki, "Yuventus" - "Roma" matçı saat 22:45-də başlayacaq.

Xəbərin mənbəsi: Qol.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.