#Idman

"Trabzonspor"un etirazı rədd edildi - "Beşiktaş" Çempionlar Liqasında

Jul 31, 12:42 / Mənbə: Qol.az

İdman Arbitraj Məhkəməsi (CAS) “Trabzonspor”un avrokuboklardan kənarlaşdırılmaqla bağlı şikayətinə baxıb.

Qol.az xəbər verir ki, qaradənizlilərin etirazı rədd edilib və UEFA-nın 1 illik cəza qərarı qüvvədə qalıb.CAS-ın açıqlamasında bildirilib ki, “Trabzonspor”un 2019-cu il üçün maliyyə öhdəliklərini yerinə yetirmədiyi bir daha təsdiqlənib.

Bununla da, 2020/21 mövsümündə Çempionlar Liqasında Superliqanın gümüş mükafatçısı “Trabzonspor” yox,  3-cü pillənin sahibi “Beşiktaş” oynayacaq.

Qeyd edək ki, Türkiyəni Çempionlar Liqasında “Başakşəhər” və “Beşiktaş”, Avropa Liqasında “Sivasspor”, “Alanyaspor” və “Qalatasaray” təmsil edəcək.

Xəbərin mənbəsi: Qol.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.