#Dünyada

Rusiyada koronavirusdan ölənlərin sayı 13 963-ə çatıb

Jul 31, 12:01 / Mənbə: 24media.az

Rusiyada son bir gündə daha 5 482 nəfərə COVID-19 diaqnozu qoyulub.

24Media xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 839 981 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 161 nəfər artaraq 13 963-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 638 410 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 260 nəfər.

Xəbərin mənbəsi: 24media.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.