#Idman

"Sumqayıt" - "Sabah" oyunu yarımçıq dayandırıldı - Leysana görə

Jul 31, 12:21 / Mənbə: Qol.az

Qəbələdə təlim-məşq toplanışında olan "Sumqayıt"la "Sabah"ın bugünkü yoxlama oyunu yarımçıq dayandırılıb.

Qol.az xəbər verir ki, güclü leysan buna səbəb olub. Görüşün birinci hissəsinin sonunda, hesab 0:0 olarkən baş hakim aramsız yağışa görə oyunu dayandırmalı olub. Matçın sabah 2-ci hissədən oynanılması nəzərdə tutulub.Qeyd edək ki, "Sumqayıt" bunadək Avropa Liqasında digər təmsilçimiz "Neftçi"yə böyük hesabla uduzub - 0:3. "Sabah" isə ilk görüşdə Çempionlar Liqasında yarışacaq "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib. 

 

Xəbərin mənbəsi: Qol.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.