#Sosial

Yeni avtomobil yolu tikiləcək - 21,8 milyon ayrıldı

Jul 31, 12:05 / Mənbə: Baku.ws

Prezident İlham Əliyev İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (17 km)-Basqal-Qıçatan-Tağlabiyan-Kəlfərəc-Zeyvə-Kürdüvan-Xankəndi-Mücü-Sərsurə-Kələzeyvə-Sulut avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

BAKU.WS xəbər verir ki, Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 21,8 milyon (iyirmi bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməlidir.

Xəbərin mənbəsi: Baku.ws


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.