#Gündəm

"Yəqin ki, büdcəyə dəyişiklik ediləcək"

Jul 31, 12:20 / Mənbə: Banco.az

"Bu gün bizim altı aylıq yekunlarımız bütün başqa ölkələr kimi, o qədər də müsbət deyil. İqtisadiyyat tənəzzülə uğrayıb. Düzdür, tənəzzül o qədər də böyük deyil - 2,7 faizdir".

Bu fikirləri Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı deyib.

Dövlət başçısı bildirib: "Amma bu il üçün bizim planlarımız çox böyük idi. Buna baxmayaraq, heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Əksinə, həm xəstəliklə mübarizəyə, eyni zamanda, xəstəlikdən əziyyət çəkən insanların maddi vəziyyətinin yaxşılaşmasına bu qədər vəsait xərclənib və xərclənəcək. Yüz minlərlə insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Biz xərclərimizi artırmalı oluruq və büdcə xərclərimizə yenidən baxmalıyıq. Çünki bu məqsədlər üçün əlavə vəsaitin cəlb edilməsi qaçılmaz olacaq. Bu vəsait, əlbəttə, büdcədə nəzərdə tutulmamışdır. Ona görə yəqin ki, büdcəyə dəyişiklik ediləcək və hesab edirəm, bu, düzgün addımdır. Çünki hazırda bizim üçün birinci dərəcəli məsələ insanların sağlamlığı, onların həyatıdır".

Report

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.