#Cəmiyyət

Azərbaycanda bayram namazı qılınıb

Jul 31, 12:17 / Mənbə: Kaspi.az

Qurban bayramı ilə əlaqədar Azərbaycanda bayram namazı qılınıb.

Bayram namazı məhdud sayda din xadiminin iştirakı ilə Bakı şəhəri Binəqədi rayonunda yerləşən "Heydər” məscidində həyata keçirilib. Pandemiya ilə əlaqədar olaraq bu il bayram namazı insanların kütləvi şəkildə məscidlərə toplaşması ilə keçirilməyib. Qafqaz Müsəlmanları İdarəsinin göstərişinə uyğun olaraq insanlar öz evlərində bayram namazı qılıb.

Bildirək ki, qılınan bayram namazı canlı olaraq televiziya və sosil şəbəkələr üzərindən yayımlanıb.

Qeyd edək ki, iyulun 31 və avqustun 1-də Azərbaycanda Qurban bayramı qeyd olunur

Xəbərin mənbəsi: Kaspi.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.