#Araşdırmalar

Instagram izləyicilərini necə artırmaq olar?

Jul 30, 17:23 / Mənbə: Banco.az

Aida İsaq, Banco.az

Sosial şəbəkələr vasitəsilə bir saniyədə milyonlarla insana çatmaq mümkündür. Instagram da bu funksiyanı ən yaxşı yerinə yetirən tətbiqlər arasında yer alır. Sözügedən tətbiqi daha effektiv şəkildə necə istifadə edəcəyinizi bilsəniz izləyicilərinizin sayını artıra və nəticədə öz brendinizi məşhurlaşdıra bilərsiniz. Bu hər hansısa məhsul, xidmət təklifi, müxtəlif bloqer və ya digər formada yaradılan profillər ola bilər. Banco.az bu zaman köməyinizə gələcək bəzi məqamları araşdırıb təqdim edir.

1. Daim aktiv olun:

Hesabınızın böyüməsini istəyirsinizsə, həmişə aktiv olmalısınız. Paylaşımları mövzuyla əlaqəli məşhur həştəqlərlə bəzəmək diqqət cəlb etməyin ən sadə yollarından biridir.

2. Həqiqi izləyicilərə fokuslanın:

Tətbiqdən yeni istifadə etməyə başlamısınızsa, izləyicilərinizin sayını artırmaq üçün bir az köməyə ehtiyacınız ola bilər. Bu anda tövsiyəmiz sosial media marketinq təşkilatından dəstək almaq və izləyicilərinizin həqiqi insanlar olduğundan əmin olmaqdır.

3. Yaradıcı həştəqlərdan istifadə edin:

Hesabınızı digərlərindən maraqlı və baxımlı etmək üçün bir az yaradıcı olmalısınız. Fərqli həştəqlərdən istifadə etməyiniz sizin başqaları kimi olmadığınızı və izlənilməli bir profil olduğunu göstərəcək.

4. Mətn hissəyə xüsusi diqqət ayırın:

Instagramın hərəkətverici qüvvəsi şübhəsiz ki, vizuallıqdır. Lakin möhtəşəm təqdim etmənin bir yolu da gözəl və başa düşülən izahlardır. Qısamüddətli və təsviri mətnlərdən istifadəyə üstünlük verməyiniz məsləhətdir.

5. Həmişə profil təsvirinizi yeniləyin:

Profilinizdəki təsvir hesabınızın ən vacib xüsusiyyətlərindən biridir. Daim dəyişən və yenilənən bir profil təsviri daim maraq oyadacaqdır.

6. Həştəqləri real dünyaya köçürün:

Hesabınızda istifadə etdiyiniz oflayn həştəqləri götürmək və tanıtmaq böyük rol oynayır. Məsələn, Instagram həştəqlərinizi şirkətiniz üçün istifadə etdiyiniz vizit kartına əlavə edə bilərsiniz.

7. Məşhur istifadəçilərlə qarşılıqlı əlaqə:

Instagramdan istifadəni peşə halına gətirən insanlarla ünsiyyət qurmağına çalışın. Bu populyarlığınızı artıracaq.

8. Hər məzmunu diqqətlə seçin:

Ən yaxşı Instagram strategiyalarından biri, izləyicilərinizin asanlıqla sizinlə əlaqə qura biləcəyi vizual və məzmun materiallarıdır.

9. Etiketləri vaxtında təsdiqləyin:

Vaxt itirmədən vacib etiketlərinizi təsdiqləməyi unutmayın.

10. İstəmədiyiniz etiketlərdən xilas olun:

Dostlarınız və ya izləyiciləriniz tərəfindən etiketlənməyiniz qaçılmazdır. Parametrlərdə bu seçimi düzəldin və profilinizə yalnız istədiyiniz etiketləri əlavə edin.

11. Məkan xüsusiyyətindən faydalanın:

Brend şüurunu inkişaf etdirmək müəyyən bir coğrafi məkanın (və ya demoqrafiyanın) ehtiyac və meyllərindən xəbərdar olmaqdan ibarətdir. Axtarış səhifəsindəki yerlər bölməsini nəzərdən keçirmin və paylaşımlara yer əlavə etməkdən çəkinməyin.

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.