#Araşdırmalar

Ən sərfəli onlayn ingilis dili kursları hansılardır?

Jul 03, 10:35 / Mənbə: Banco.az

Pandemiyanın sosial-iqtisadi mənfi təsirləri ilə yanaşı digər tərəfdən dünyada yeni tendensiya formalaşdırır. Belə ki, insanlarda evlərini tərk etmədən işləmək və öyrənmək vərdişlərini yaradır. Bununla yanaşı, digər ehtiyaclarını da evdən onlayn xidmətlərdən faydalanaraq ödəmək imkanlarını ön plana çəkir. Hazırda ölkəmizdə də davam edən bu vəziyyətlə əlaqədar olaraq təlim və tədris dayandırılmışdır. Xarici dil, xüsusi ilə ingilis dilinə olan tələbatı nəzərə alaraq Banco.az sizə kursların onlayn ingilis dili üçün həm qrup, həm fərdi formada keçirilən dərslərinin qiymətlərini araşdırıb. 

Qrup dərslərində kursdan asılı olaraq tələbə sayı 2-5 arasında dəyişir. Eyni zamanda, bəzi kurslarda tədris üçün lazım olan vəsaitlər kurs tərəfindən təmin olunur. Qeyd olunan qiymətlər aylıq qiymətlərdir. Dərslər kursdan asılı olaraq həftədə 2-5 dəfə (həftədə minimum 3 saat) keçirilir. 

Qeyd edək ki, kurslar ixtiyari şəkildə götürülüb. Araşdırma isə yalnız qiymət baxımından araşdırılıb.

Tərlan Qəhrəmanova və Tahir Əsgərli, Banco.az

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.