#Son-dəqiqə

Azərbaycanda daha 3 siyasi partiya qeydiyyata alındı - SİYAHI

Jun 30, 17:34 / Mənbə: 24media.az

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi ilə çoxpartiyalı sistemin inkişafı, ümumi maraqlar naminə partiyalararası dialoqun genişləndirilməsi və bu sahədə münasibətlərin sağlam zəmində qurulmasına yönələn ardıcıl tədbirlər görülür.

Bu barədə 24Media-ya Ədliyyə Nazirliyindən bildirlib.

Qeyd edilib ki, daha 3 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib.

Görülən işlər çərçivəsində Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb.

Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.

Xəbərin mənbəsi: 24media.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.