#Azərbaycanca

Ədliyyə Nazirliyi daha 3 siyasi partiyanı qeydiyyata aldı

Jun 30, 17:38 / Mənbə: News.day.az

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iradəsi ilə çoxpartiyalı sistemin inkişafı, ümumi maraqlar naminə partiyalararası dialoqun genişləndirilməsi və bu sahədə münasibətlərin sağlam zəmində qurulmasına yönələn ardıcıl tədbirlər görülür, o cümlədən son aylarda 4 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib.

Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən Day.Az-a məlumat verilib.

Bildirilib ki, görülən işlər çərçivəsində Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunub təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb.

Xəbərin mənbəsi: News.day.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.