#Dünya

Nigeriyada avtobus aşıb, 18 nəfər ölüb

Jun 30, 17:52 / Mənbə: Report.az

Nigeriyanın cənub-şərqində yerləşən Abiya əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 18 nəfər ölüb.

“Report” “Sinxua”ya istinadən xəbər verir ki, avtobus Abiyanın Aba şəhərindən İmo əyalətinin Overri şəhərinə gedirmiş. 

Məlumata görə, qəzaya yüksək sürət səbəb olub. Belə ki, nəqliyyat vasitəsinin təkəri çıxdığı üçün sürücü idarəetməni itirib. Avtobus bir neçə dəfə aşıb.

Polis hadisə qurbanlarının sayını dəqiq deməsə də, yerli KİV ölənlərin 18-dən çox olduğunu yazıb.

Hüquq-mühafizə orqanları araşdırma aparır.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.