#Idman

"Barselona"dan icarəyə götürdükləri futbolçunu birdəfəlik aldılar

Jun 30, 18:15 / Mənbə: Qol.az

"Xetafe" "Barselona"dan icarəyə götürdüyü Mark Kukurellanı birdəfəlik alıb.

Qol.az xəbər verir ki, bu barədə Kataloniya klubunun saytı məlumat yayıb. "Xetafe"nin 21 yaşlı müdafiəçi üçün 10 milyon avro ödəyəcəyi bildirilib. Bundan başqa, "Barsa" oyunçunun növbəti satışı zaman transfer məbləğinin 10 faizini alacaq.

Qeyd edək ki, Kukurella bu mövsümdən icarə əsasında "Xetafe"də oynayıb. O, La Liqada 31 matçda 1 qol vurub, 6 qolun ötürməsini verib.

Xəbərin mənbəsi: Qol.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.