#Iqtisadiyyat

SOCAR "Azərbaycan Beynəlxalq Bankı"ndakı vəsaitlərini artırıb

Jun 30, 17:51 / Mənbə: 24media.az

2019-cu ilin yekununda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərbaycan Beynəlxalq Bankı" ASC-dəki pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, o cümlədən depozitləri 1,856 mlrd manat təşkil edib.

24Media xəbər verir ki, bu barədə şirkətin ötənilki fəaliyyəti ilə bağlı konsolidasiya edilmiş maliyyə hesabatında bildirilir.

Sənədə əsasən, bu, 2018-ci ilin yekunu ilə müqayisədə 46,9% çoxdur.

2018-ci ildə bu məbləğ 1,263 mlrd manat təşkil edib.

Hesabatda həmçinin deyilir ki, SOCAR pul vəsaitlərini Azərbaycanın nüfuzlu maliyyə institutlarında yerləşdirir və hesablarının olduğu bankların vəziyyətini daim nəzarətdə saxlayır.

Bundan başqa, SOCAR-ın 37 mln manat məbləğindəki məhdudiyyət qoyulmuş pul vəsaitləri Dövlət xəzinə hesabında yerləşdirilib. 2018-ci ildə bu rəqəm 75 mln manat təşkil edib.

Xəbərin mənbəsi: 24media.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.