#Cəmiyyət

Xüsusi karantin rejimi daha iki həftə uzadılır

Jun 30, 18:12 / Mənbə: Report.az

“Nazirlər Kabineti yanında Operativ Qərargah Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi nəzarəti və diqqəti altında fəaliyyət göstərir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, koronavirus müharibədir və bu, davam edir: “5 iyul tarixinə kimi sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Bundan sonra da karantin rejiminin 2 həftə artırılması ilə bağlı fikirlər və rəylər var. Bununla bağlı da məlumat veriləcək”.

Xəbərin mənbəsi: Report.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.