#Gündəm

Bu şirkət işçilərinə 500 milyon dollar dəyərində mükafat verəcək

Jun 30, 18:10 / Mənbə: Banco.az

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın e-ticarət nəhəngi Amazon şirkəti pandemiya dövründə xidmət göstərən işçilərinə əlavə bonus vermək üçün 500 milyon dollarlıq büdcə ayırıb. Sözügedən pul mükafatı 150 dollarla 3 min dollar aralığında dəyişəcək.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, e-ticarət nəhəngi Amazon pandemiya dövründə "ön cəbhədə" xidmət göstərən işçilərinə jest etməyə hazırlaşır. Belə ki, şirkət sözügedən işçilərə cəmi 500 milyon dollar dəyərində pul mükafatı verəcək.

Adambaşına ən az 150 dollar

Şirkət 150 dollarla 3 min dollar aralığında nəzərdə tutulan məbləği bir dəfəyə ödəyəcək.

Xatırladaq ki, dünyanın ən böyük e-ticarət platforması Amazon il ərzində təqribən 10 milyard təslimat həyata keçirir. 

Həmçinin oxu: Tanınmış milyarder koronavirus böhranı zamanı 24 milyard dollar qazandı

Bizi sosial şəbəkələrdən izləyin!!

Xəbərin mənbəsi: Banco.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.