#Idman

"Keşlə" yeni transferini açıqladı

Jun 30, 18:08 / Mənbə: Qol.az

“Keşlə” növbəti transferini açıqlayıb.

Qol.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki,  Cavid İmamverdiyevlə müqavilə imzalanıb.

Karyerası ərzində ölkəmizdə “Karvan”, “Neftçi”, və “Sumqayıt”da oynamış yarımmüdafiəçi, Türkiyədə “Elazığspor” komandasının da şərəfini qoruyub. Onun son klubu “Sabah” olub.

Qeyd edək ki, Cavid İmamverdiyev Azərbaycan milli komandasının heyətində 11 oyun keçirib və 1 qol vurub.

Xəbərin mənbəsi: Qol.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.