#Neft-və-qaz

"Azeri Light" ucuzlaşıb

Mar 10, 12:00 / Mənbə: News.milli.az

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,34 ABŞ dolları və ya 1,93% azalaraq 68,04 dollar təşkil edib.

Xatırladaq ki, Ötən həftə ərzində (1-5 mart) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 66,32 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,44 dollar və ya 0,66% çoxdur. Həftə ərzində ən yüksək göstərici (V gün) - 69,26 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 64,25 dollar səviyyəsində olub.

Xəbərin mənbəsi: News.milli.az


info@deirvlon.com

dnews@deirvlon.com

+994 (50) 874 74 86

+994 (50) 730 38 13

Copyright © 2020 Deirvlon News. All rights are reserved.
Deirvlon Technologies.